AzMİU-da imtahan sessiyası davam edir

            Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.

           Zoom platforması üzərindən keçirilən yazılı və test imtahanlarında bütün tələbələr aktiv iştirak edir. Hər gün təxminən 66 qrupda 9-11 imtahan keçirilir. İmtahanların gedişini AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, eləcə də prorektorlar yaxından izləyir. Bu günə qədər imtahan prosesində heç bir neqativ hal müşahidə edilməyib. 02-16 iyun 2021-ci il tarixlərində ümumilikdə 13996 tələbə imtahanda iştirak edib, bu gün isə 1592 tələbə imtahanlara qoşulacaq.

           Qeyd edək ki,  AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan  şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Münaqişə Komissiyası yaradılıb.

 

20-10-2021