AzMİU-da yeni “Hidravlika və hidravliki maşınlar” laboratoriyası istifadəyə verilib


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasında “Hidravlika və hidravliki maşınlar” laboratoriyası açılıb. İnnovativ texnologiyalar əsasında yaradılmış bu laboratoriya yeni tədris planında göstərilən “Hidravlika və hidravliki maşınlar” fənlərindən laboratoriya işlərinin keçirilməsində əsas rol oynayır. Laboratoriyada 27 adda laboratoriya işləri tədris etmək mümkündür.

           Fakültə dekanı Z.Musayevin sözlərinə görə, yeni yaradılan laboratoriya qurğuları içərisində “Nasosların iş rejiminin tədqiqi” stendində nasosların işçi və kavitasiya xarakteristikalarının qurulması, nasosların boru kəməri ilə birgə işləməsi, iki nasosun paralel və ardıcıl işləməsinə dair ölçüləri götürməklə xarakteristik əyrilərin qurulmasını həyata keçirmək olur. Onu da qeyd edək ki, bütün laboratoriya işləri, onların yerinə yetirilmə ardıcıllığı və aparılma qaydaları kafedranın müəllimləri tərəfindən hazırlanıb, çap olunub, “Hidravlikadan laboratoriya işləri” adlı dərs vəsaitində öz əksini tapıb. Laboratoriyada cihazlar və avadanlıqlar İngiltərənin “Armfield” şirkətindən alınıb.  

26-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]