AzMİU THİK 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti şəhid balaları üçün əyləncəli gün təşkil etdilər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi maraqlı təşəbbüslə çıxış edib. Komitənin üzvü olan tələbələrimiz tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan bir qrupunun uşaqları üçün maraqlı, əyləncəli gün təşkil olunub.
Əsasən Sumqayıt şəhərindən olan şəhid uşaqları əvvəlcə Yasamal rayonundakı AzərSu ASC-nin +82 Qərb su anbarının ərazisində yerləşən şəhər parkında istirahət ediblər. Tələbələrimiz uşaqları parkdakı müxtəlif əyləncə məkanlarına aparıblar, onlar uşaq oyun meydançasında, karusellərdə, attraksionlarda əyləniblər. Parkda əyləndikdən sonra onları universitetə gətiriblər, uşaqlar üçün nahar süfrəsi açılıb.
Maraqlı günün sonunda AzMİU THİK-in üzvləri uşaqlara hədiyyələr veriblər.