“Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi  konfransı bu gün yekunlaşıb


          Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə may ayının 20-21-də  “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi  konfransı keçirilib.  Konfransa Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan, Polşa, Xorvatiya, Gürcüstan və Hindistandan 300-ə yaxın alim qoşulub,  124 məruzə dinlənilib.

          Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Ukraynanın ölkəmizdəki səfirliyinin nümayəndəsi və AzMİU-nun kafedra müdiri, professor Elbay Qasımzadə konfrans iştirakçılarını salamlayaraq onun işinə uğurlar arzulayıblar. Konfransın aktual mövzuya həsr olunduğunu vurğulayan AzMİU-nun rektoru qeyd edib ki, bu gün tikinti istehsalatının sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Ona görə də tikinti sektorunda innovasiya potensialının artırılması artıq dövlət priоritetlərinindən birinə çevrilib. O, həmçinin qeyd etmişdir ki, Qarabağ ərazisində olan rayonların işğaldan azad olunması  inşaat sektorunda yeni mərhələnin əsasını qoymuşdur. Bu ərazilərdə   “Ağllı şəhərlərin” salınmasını kimi bir məqsədin qarşıya qoyulması mövcud müasir texnika və texnologiyaların tətbiqini və innovativ ideyaların həyata keçirilməsini zəruri etmişdir.

         Təbrik nitqlərindən sonra AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professor  Şəhla Qəhrəmanovanın,  Poltava Milli Texniki Universitetinin dosenti Yelena Filonenkonun məruzələri dinlənilib. Ş.Qəhrəmanova “Qarabağın dağıdılmış şəhər və qəsəbələrinin bərpası problemləri” adlı məruzəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi vəhşiliklərdən, şəhər və  kəndlərimizin yerlə yeksan olunmasından danışıb, Azərbaycan dövlətinin bu gün həmin yerlərdə apardığı quruculuq işlərinə toxunub.

         Plenar məruzələrdən sonra 3 bölmə üzrə konfrans öz işini davam etdirərək bu gün  yekunlaşmışdır.             

24-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]