AzMİU-da  “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” adlı respublika konfransı keçirilib


 

           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının təşkilatçılığı ilə  “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” adlı onlayn formatda respublika konfransı keçirilib. Ölkəmizi təmsil edən 200-ə yaxın mütəxəssisdən başqa, konfransa Böyük Britaniyadan, İrandan və Türkiyədən alimlər qoşulub.

          Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını salamlayıb. Rektor ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsindəki qələbəsindən danışıb, işaldan azad olunmuş torpaqlarımızda görülən irimiqyaslı bərpa-quruculuq işlərinə toxunub. Qarabağın çiçəklənməsi üçün qarşıda duran mühüm məsələlərə toxunan professor qeyd edib ki, işğaldan azad olunan ərazilərin bərpası və sosial-iqtisadi inkişafı bu gün mühüm milli prioritetlərimizdən biridir.

          Konfrans iştirakçılaını salamlayan AMEA-nın akademik katibi, akademik Adil Qəribov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Böyük Britaniyadan doktor Yaşar Khatibi bu məsələnin ayrı-ayrı aspektləri haqqında danışıb, konfransın işinə uğurlar arzulayıblar.

           Digər qonaqların təbrikləri dinlənildikdən sonra 3 plenar məruzə təqdim olunub. Plenar iclasda AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva işğal dövründə memarlıq abidələrinin dağıdılması və saxtalaşdırılmasından, dosent Elbrus  Paşayev su resursları və hidrotexniki qurğular üçün yaranan risklərdən və Minatəmizləmə Agentliyinin şöbə rəisi Elnur Qasımov  humanitar minatəmizləmə fəaliyyətləri haqqında məruzələr ediblər.

             Konfrans öz işini 3 bölmədə davam etdirib, 50-dən çox məruzə müzakirə olunub.  

 

24-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]