Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri RSXM-də istehsalat təcrübəsi keçirlər


          AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Memoranduma əsasən 16.02.2021-ci il tarixindən etibarən universitetin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri RSXM-də istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi 25.05.2021-ci il tarixinə qədər davam edəcəkdir. 

         Qeyd edək ki, tərtib olunmuş İstehsalat Təcrübəsi planına əsasən tələbələr 17 may 2021-ci tarixində  RSXM-nin “Qobu” seysmik stansiyasında olmuşlar. “Makroseysmik tədqiqatlar şöbəsi”nin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev tələbələri seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla tanış etmişdir. Seysmik stansiya ilə yerində tanışlıq tələbələr üçün maraqlı olmuş və onlarda müxtəlif suallar yaratmışdır. Suallar yerində cavablandırılmışdır.

          Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Emil Qafarov da iştirak etmişdir.

          Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair Memorandum 15 yanvar 2020-ci ildə imzalanmışdır.

 

24-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]