Ramazan bayramınız mübarək!

         Qarşıdan İslam dünyasının ən müqəddəs bayramlarından biri-Ramazan bayramı gəlir. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanırlar.

         Ramazan ayının ilahi fəlsəfəsində xeyirxahlıq, şəfqət və yardımlaşma dayanır. Bu ənənələri gündəlik həyatında parlaq şəkildə əks etdirən Azərbaycan xalqı cənab Prezidentin ətrafında sarsılmaz milli birlik yaradaraq dövlətçiliyimizi daha da  möhkəmləndirir, ölkəmizin dayanıqlı və dinamik inkişafı naminə həyata keçirilən müdrik siyasətə birmənalı dəstəyini nümayiş etdirir. Bu xüsusda Ali Baş Komandanın liderliyi ilə düşmən tapdağından azad edilən Qarabağ torpaqlarımızda bu gün azan sədaları ucalır, namazlar qılınır, xalqımızın rifahı və tərəqqisi naminə arzular dilənir. Vətən uğrunda canından keçmiş şəhidlərimizə  dualar oxunur. Əminik ki, həm deyilən bu arzular, həm də oxunan dualar Tanrı dərgahında qəbul ediləcək.

       Bir daha əziz müəllimlərimizi, əməkdaşlarımızı, tələbələrimizi və onların ailələrini AzMİU-nun rerktorluğu adından dünya müsəlmanlarının əziz bayramı–müqəddəs Ramazan bayramı münasibətilə səmim-qəlbdən təbrik edirik! Ramazan bayramı hər bir müsəlmanın sevincinə səbəb olsun və bu bir ay ərzində edilən bütün xeyir-dualar gələn Ramazana qədər gerçəkləşsin!

 

 

 

26-10-2021