AzMİU-da tələbə və magistrantların 43-cü elmi konfransı online şəkildə işinə başlayıb
Mayın 6-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş TƏLƏBƏ VƏ MAGİSTRANTLARIN 43-cü ELMİ KONFRANSININ online plenar iclası baş tutub. Konfransı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova öz çıxışı ilə açıq elan edib.
Daha sonra M130a qrup tələbəsi Bəhramova Aliyə "Şuşanın Memarlıq İrsi" və 768A3 qrup tələbəsi Məmmədov Elnur "Azərbaycan Respublikasında Startap imkanları və beynəlxalq təcrübə" adlı məruzələrlə çıxış ediblər. Tələbə Elmi Cəmiyyətinin sədri Əkbərli Reyhan daxil olan məruzələr barəsində konfrans iştirakçılarını məlumatlandırıb. Konfrans öz işini 3 gün müddətində bölmələr üzrə çıxışlarla davam etdirəcək.
26-10-2021