Gənc memarlar üçün onlayn seminar

            Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu, hazırda Berlin Texniki Universitetində çalışan Teymur Osmanov bu günlərdə Memarlıq fakültəsinin tələbələri üçün onlayn seminar keçirib. “Memarlar üçün portfolio” adlanan seminara 80-ə yaxın tələbə qoşulub.

            Moderator seminarda gənc memarlara işə düzələrkən portfoliolarında (iş qovluğu) hansı sənədlərə üstünlük verməyin yollarını göstərib. T.Osmanov həmin sənədləri toplayarkən daha çox əmək bazarının tələblərinə uyğun olanlara üstünlük verməyin vacibliyini vurğulayıb. O, tələbələrə karyera qurmaq istiqamətində dəyərli məsləhətlər də verib. Seminarda tələbələrin çoxsaylı sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

26-10-2021