AzMİU-da vaksin olunanların sayı artır


          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin  “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurlu təşkil ounub. Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksin olunmasının zəruriliyini nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər.  Hazırda peyvəndləmə paytaxtın ümumtəhsil məktəblərində yaradılmış 10 peyvənd məntəqəsində aparılır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Yasamal rayonu 158 saylı orta məktəbdə peyvənd olunurlar.

             Əldə etdiyimiz son məlumata görə bu günə qədər universitetimizdə birinci mərhələdə peyvənd olunanların sayı 310, ikinci mərhələdə isə 103-dür.  

             Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha AzMİU əməkdaşlarını peyvənd olunmağa çağırırıq.

26-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]