Sosial cəhətdən həssas qruplara aid olan tələbələrin nəzərinə!


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsinin təşəbbüsü ilə “10 aprel İnşaatçılar gününə” həsr edilmiş virtual kitab sərgisi keçirilib.  Universitetin elektron kitabxanasının təşkil etdiyi virtual sərginin açılışında AzMİU-nun İnşaat fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, fəxri professor Hikmət Məmmədov, İnşaat-texnologiya fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Tahirə Haqverdiyeva, Memarlıq fakültəsinin dekanı, memarlıq elmləri üzrə fəlsəfə doktoru, professor Zahidə Məmmədova, kafedra müdirləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   

          Elektron kitabxananın müdiri Aytən Rəhmanova tədbir iştirakçılarını “İnşaatçılar günü” peşə bayramı münasibətilə təbrik edib məsuliyyətli və şərəfli fəaliyyətlərində böyük uğurlar arzulayıb. 

          Sərginin aşılısında İnşaat fakültəsinin dekanı, fəxri professor Hikmət Məmmədov tədbir iştirakçılarını “İnşaatçılar günü” peşə bayramı münasibətilə təbrik edib onların yaradıcı fəaliyyətlərində tükənməz enerji və yeni nailiyyətlər arzulayıb. 

          Daha sonra İnşaat fakültəsinin dekan müavini dosent N. Cəfərov, İnşaat konstruksiyaları kafedrasının müdiri, professor M.Hacıyev, İnşaat konstruksiyaları kafedrasının müəllimi, dosent N. Seyidov, İnşaat-texnologiya fakültəsinin dekanı, texnika elmləri doktoru, professor T. Haqverdiyeva təbriklərə qoşulublar və sərginin çox maraqlı olduğunu vurğulayıblar. 

      Qeyd olunan linkə keçid edib sərgiyə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=IrOn0UzXjVY

 

 

26-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]