ITACA layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universuitetinin qoşulduğu Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+KA2 İTACA - “Azərbaycanda ekoloji fövqəladə vəziyyəti qarşılamaq üçün 3-cü dövr təkmilləşdirilmiş təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzinin (ITACA)” adlı layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib.
Görüşdə layihə çərçivəsində qurulacaq laboratoriyaya avadanlıqların alınması və 3-cü dövr təhsil kursunun kurrikulumları ilə bağlı müzakirələr aparılıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrdə faydalı təkliflər səsləndirilib, suallar cavablamdırılıb.
09-04-2021