Dizayn kafedrasının dosenti Sevda Dadaşovanın “Memarlıq mühitinin dizaynı” adlı kitabının virtual təqdimatı keçirilib

           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsinin təşəbbüsü ilə Dizayn kafedrasının dosenti Sevda Dadaşovanın “Memarlıq mühitinin dizaynı” adlı kitabının virtual təqdimatı keçirilib. Təqdimatda beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, kafedra müdirləri, müəllim və tələbələr iştirak edib.  

           Elektron kitabxananın müdiri Aytən Rəhmanova kitabın müəllifindən danışıb, onun həyat və yaradıcılığı haqqında video prezentasiya təqdim edib.  

            Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva təkcə tələbələr deyil, müəllimlər üçün də faydalı olacaq belə bir kitabın ərsəyə gəlməsini S.Dadaşovanın uğuru kimi dəyərləndirib. Prorektor tələbəlik illərini xatırlayıb və müəllifə gələcək fəaliyyətində uğurlar, cansağlığı, uzun ömür arzulayıb.  

            Digər çıxışçılar – fakültənin dekanı Zahidə Məmmədova, Dizayn  kafedrasının müdiri Təranə Bəkirova, AzMİU-nun memarlıq üzrə Dissertasiya Şurasının katibi Surəyya Axundova, kafedranın müəllimləri Pərviz Əliyev, Fəridə Qasımova kitabla bağlı öz fikirlərini bölüşüb müəllifə uğurlar diləyiblər. 

            Sonda Sevda xanım xoş sözlər, dəstək üçün tədbir iştirakçılarına minnətdarlığını bildirib.

            Video təqdimatın linki: https://www.youtube.com/watch?v=zONb3mf2mX4

 

06-04-2021