Mübadilə proqramları çərçivəsində AzMİU-da oxuyan Milan Politexnik Universitetinin magistr tələbəsinin diplom işi vətənində ən yüksək bala layiq görülüb


 

           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin ümumi fəaliyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.  Son illər  Erasmus, Tempus, Mövlana kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrin genişlənməsi universitetin  beynəlmiləlləşməsi prosesini gücləndirir. Yuxarıda adları çəkilən proqramlar çərçivəsində Avropa universitetləri ilə tələbə-müəllim mübadiləsi, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə konfransların, seminarların keçirilməsi, tədqiqat proyektlərinin birlikdə işlənməsi uğurla həyata keçirilir. Beynəlxalq əlaqələrin təşkil olunması istiqamətində əsas prioritetlər sırasında tələbə-müəllim mübadiləsi böyük önəm daşıyır.

           Artıq 3 ildir ki, AzMİU ilə İtaliyanın Milan Politexnik Universiteti arasında illər öncə başlamış əlaqələr yeni mərhələyə qədəm qoyub. Universitetimizlə Milan Politexnik Universiteti arasında qurulan ikitərəfli əlaqələr Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramı çərçivəsində də uğurla davam etdirilir. 2019-2020-ci tədris ilinin payız semestrində  Erasmus+KA1 mübadilə proqramı çərçivəsində AzMİU-nun Memarlıq fakültəsində təhsil almaq hüququ qazanan Milan Politexnik Universitetinin Memarlıq fakültəsinin II kurs magistr tələbələri-İtaliya vətəndaşları Kevin Prenna və Danyal Zarepourmoghaddam təhsillərini uğurla baş vurub vətənlərinə qayıtdılar. AzMİU-da oxuduları müddətdə hər iki italyan magistrin layihə qrupları tərkibində hazırladıqları kurs işləri Azərbaycan Memarlar İttifaqının mükafatlarına layiq görülüb. Magistrlərdən  Kevin Prenna Milana qayıtdıqdan sonra elmi rəhbəri, Milan Politexnik Universitetinin professoru Nora Lambardininin rəhbərliyi altında magistr dissertasiyasını AzMİU-da işlədiyi mövzunun bazasında geniş tədqiqatlar apararaq hazırlayıb. Sevindirici haldır ki, onun AzMİU-da layihə qrupları tərkibində apardığı tədqiqatların bazasında hazırlanmış diplom işi Komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilb, ən yüksək bala layiq görülüb. Bu barədə Kevin Prennanın AzMİU-da oxuduğu illərdə layihə rəhbəri olmuş professor Emir Hüseynov məlumat verib.

02-04-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]