Dərslərdə Problemyönümlü Təhsil metodunun tətbiqinə dair növbəti onlayn vebinar keçirilib
Martın 31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti üçün dərslərdə Problemyönümlü Təhsil (PYT) metodunun tətbiqi istiqamətində növbəti onlayn vebinar keçirilib. Vebinar Niderland Krallığının Mastrixt Universitetinin professoru Vim Qrut və Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova tərəfindən aparılıb. Vebinarda ümumilikdə 20-dən çox müəllim iştirak edib.
Professor Qrut öz prezentasiyasında PYT metodunun 12 əsas prinsipinin və keyslərin düzgün qoyuluşunun ətraflı izahını verib. Daha sonra Ü.Səttarova 15/09/2020 tarixindən 30/12/2020 tarixini əhatə edən müddətdə PYT metodunun və ənənəvi metodun tətbiq edildiyi müxtəlif qruplarda tələbələrin göstəricilərinə dair statistikanı təqdim edib. Statistikaya əsasən məlum olub ki, PYT metodu tətbiq olunan qruplarda tələbələrin nəticələri daha yüksək olub.
Vebinarın sonunda müəllimlər tərəfindən ünvanlanan suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Vebinara qeyd olunan linkə keçid edib baxa bilərsiniz: https://youtu.be/zEN2Ru6F9io