Əməkdaşlarımız ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar mövzusunda keçirilmiş onlayn vebinarda iştirak edib



          Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib. Vebinar ali təhsil müəssisələrini Avropa İttifaqının təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklərlə bağlı məlumatlandırmaq məqsədi ilə keçirilib.
          Eyni zamanda vebinar iştirakçıları ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı maarifləndirilib. Vebinarda AzMİU-nun Xarici əlaqələr şöbəsinin əməkdaşları da iştirak edib. Tədbirin sonunda Pərviz Bağırov universitet nümayəndələrinin maraq doğuran suallarını cavablandırıb və onları layihələrdə aktiv iştirak etməyə çağırıb.

01-04-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]