"Neft paytaxtı" adlı IV Beynəlxalq gənclər elmi-praktiki forumu keçirilib

          Martın 24-də Rusiyanın Xantı-Mansiysk şəhərində  "Neft paytaxtı" adlanan IV Beynəlxalq gənclər elmi-praktiki forumu keçirilib. Bu ilki tədbir məşhur həmyerlimiz, sovet geoloqu və Qərbi Sibirdəki neft yataqlarını kəşf edən Fərman Salmanovun 90 illik yubileyinə həsr olunub. AzMİU-nun tərəfdaşı olan Yuqorsk Dövlət Universitetinin təşəbbüsü ilə onlayn platformada keçirilən forumda universitetimizi Xarici Əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva təmsil edib.  Nərgiz Abdullayeva bütün forum iştirakçılarına AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamlarını çatdırıb, universitetlərimiz arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, görkəmli həmyerlimiz Fərman Salmanovun yubileyinin qeyd olunmasından qürur hissi keçirdiyini bildirib.

          Sonda Nərgiz Abdullayeva bu tədbirin təşkilatçılarına təşəkkür edərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.

25-03-2021