AzMİU-da təhsil alan əcnəbi tələbələrimiz Qoşulmama Hərəkatının Beynəlxalq Simulyasiya Məşğələsində sertifiqatlar qazanıblar
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilib. Məşğələdə Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan gənclər, o cümlədən Azərbaycanda təhsil alan digər əcnəbi tələbələr iştirak edib. Qoşulmama Hərəkatının üzv dövlətlərindən yüzlərlə gənc müraciət edərək rəqabətli seçim prosesindən keçmiş və bunun nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.
İştirakçılar üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandıraraq COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayıblar.
Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış qrant proqramı çərçivəsində AzMİU-nun da bir qrup əcnəbi tələbəsi “Qoşulmama Hərəkatı modeli” Beynəlxalq Simulyasiya Məşğələsində iştirak edib və sertifikatlar qazanıblar.
Həmin tələbələri siz də tanıyın:
AzMİU-nun magistratura səviyyəsində təhsil alan II kurs tələbəsi, Əfqanıstan vətəndaşı Nakibullah Azizi;
AzMİU-nun doktorantura səviyyəsində təhsil alan I kurs tələbəsi , Yəmən vətəndaşı Hashed Al-Awlaqi;
AzMİU-nun bakalavr səviyyəsində təhsil alan III kurs tələbəsi, İraq vətəndaşı Shahla Ahmadi.
Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.