AzMİU ilə  EKM Global Consulting GmbH şirkəti arasında memorandum imzalanıb


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) ilə Almaniyanın “EKM Global Consulting GmbH ” (EKMGC) şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu universitetin rektoru,  professor Gülçöhrə Məmmədova və şirkətin direktoru Elşən Musayev imzalayıb.

          İmzalanma mərasimində çıxış edən AzMİU-nun rektoru əməkdaşlıq memorandumunun əməkdaşların hazırlığının artırılmasında, onların yeni texnologiyalarla işləmə təcrübəsinin inkişafında mühüm addım olduğunu və bu əməkdaşlığa görə  şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirib.

           Meomorandum çərçivəsində gələcəkdə birgə layihələrin keçirilməsi, EKMGC tərəfindən təchiz olunacaq skan texnologiyaları ilə AZMİU əməkdaşlarını və kollektivini tanışlığı, həmçinin müəyyən hallarda onlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Onu da vurğulayaq ki, sözügedən şirkət yuxarıda sadalanan hərəkətləri əməkdaşlıq çərçivəsində heç bir ödəniş almadan edir. Hər hansı ödəniş tələb edən xidmət bu Memorandum əsasında bağlanacaq gələcək müqavilələrlə tənzimlənəcək.

          Məlumat üçün bildirək ki, EKMGC bütün kommunikasiya xətlərinin, o cümlədən, elektrik enerjisi xətt və qurğularının 3D skanlaşdırması və 3D mobil xəritələrinin hazırlanması sahəsində peşəkar təcrübəyə malik olan bir şirkətdir.

 

19-03-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]