Memarlıq fakültəsində “Memarlıq layihələri” sərgisi keçirilir

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində "Memarlıq layihələndirilməsi-1" fənnindən 119 A2 və 119 R1 qrup tələbələrinin layihələrindən ibarət sərgi keçirilib. 2-ci kurs tələbələrinin əl işlərinin nümayiş olunduğu sərgidə 30-dan çox iş təqdim edilib.

          Əsasən, yaşayış evlərinin, inzibati binaların, ictimai-iaşə obyektlərinin layihələrindən ibarət olan sərgi maraqla qarşılanıb. Onu da qeyd edək ki, sərgiyə iş təqdim edən tələbələrin layihə rəhbəri, Memarlıq fakültəsinin baş müəllimi İradə Ağamalıyevadır.

          Martın 12-də açılan sərgi hələ davam edir.

17-03-2021