BP Azərbaycan şirkəti tələbələr üçün Yay Təcrübə Proqramı elan edir

          BP Azərbaycan şirkəti uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırlaşan gənclərə yeni fürsət və imkanlar yaradır. Şirkət tələbələr üçün Yay Təcrübə Proqramını elan edib. Təcrübə proqramında iştirak etmək istəyən tələbələr aprelin 5-nə qədər  müraciət edə bilərlər.

          2021-ci il təcrübə proqramında açıq olan iş imkanları və ixtisas uyğunluğunu yoxlamaq üçün tələbələr daha ətraflı məlumatı https://on.bp.com/3dUkvfc saytında əldə edə bilərlər.  

         Onu da qeyd edək ki, Yay təcrübə proqramı üçün inşaat mühəndisliyi   ixtisasını  2022-ci ildə bitirəcək bakalavr və magistr tələbələr axtarılır.

      

 

 

 

12-03-2021