Memarlıq fakültəsinin tələbəsi müsabiqənin qalibi olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (AzMİU THİK) Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə təşkil etdiyi inşa müsabiqəsinin qalibi məlum olub.
Memarlıq fakültəsinin 1-ci kurs 160İ qrup tələbəsi Nigar Novruzzadənin “Xocalı soyqırımı” adlı inşası müsabiqənin nəticələrinə görə 1-ci yerə layiq görülüb. AzMİU THİK-in sədri Bayram Aslanov müsabiqənin qalibini təbrik edib, ona diplom və pul mükafatı təqdim edib.
Məlumat üçün qeyd edək ki, AzMİU THİK-in Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə keçirdiyi inşa müsabiqəsi fevralın 22-dən 29-na qədər davam edib. Tələbələrimiz tərəfindən müsabiqəyə 32 inşa təqdim olunub.
10-03-2021