Fransa səfirliyinin attaşesi AzMİU-da onlayn seminar keçirib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sonuncu kurs bakalavr, magistr və doktorantları üçün Fransa Respublikasının ölkəmizdəki səfirliyinin universitetlərarası və elmi əməkdaşlıq üzrə attaşesi xanım Klemans Filipponun təqdimatında “Fransada təhsil təqaüdü” ilə bağlı onlayn seminar təşkil olunub.
Seminarda tələbələrlə yanaşı, AzMİU-nun əməkdaşları da iştirak ediblər. İştirakçılara Fransanın nüfuzlu universitetləri, burada təhsil və təqaüd imkanları və Campus Fransın təklif etdiyi təhsil imkanları haqqında ətraflı məlumat verilib, tələbərin sualları cavablandırılıb.
10-03-2021