Nəqliyyat fakültəsinin Vətən müharibəsində şəhid və qazi olmuş tələbə və məzunlarına həsr olunmuş videoçarx

          44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçib şəhidlik zirvəsinə ucalan vətən oğulları arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da var. Qorxaq düşməni müqəddəs torpaqlarımızdan qovub diz çökdürən, bizə qələbə bəxş edən 24 məzunumuz Vətən müharibəsində qəhrəmancasına şəhid oldu. Onların hər birinin xatirəsi qəlbimizdə əbədi məskən salıb. Biz həmişə onların xatirəsini ehtiramla yad edəcəyik. 

          AzMİU-nun Nəqliyyat fakültəsinin fəalları fakültənin şəhid və qazi adı qazanan tələbə və məzunlarının xatirəsinə həsr olunmuş videoçarx hazırlayıblar.

          Videoçarxa linkə keçid edib baxa bilərsiniz: https://www.youtube.com/watch?v=tAHzVwFM2RI&t=26s&ab_channel=

05-03-2021