AzMİU-da “Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
10-11 mart 2021-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda (onlayn) respublika elmi-praktik konfransı keçiriləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azəriqaz İB, Azəristiliktəchizat ASC və AR Memarlıq və İnşaat Elminin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək konfrans 2 gün 8 bölmə üzrə davam edəcək.
Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə dağıdılmış mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimlərinin yaxından iştirakını təmin etmək məqsədilə keçirilən konfransda işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin, su təsərrüfatı və meliorasiya sistemlərinin bərpası, Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis- kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri və onların həlli yolları və s. məsələlər müzakirə olunacaq.
Konfransın proqramına aşağıdakı linkə daxil olmaqla baxa bilərsiniz file:///C:/Users/User/Desktop/konfrans%20son%20versiya.pdf