AzMİU Avropa Birliyinin ITACA layihəsinin regional koordinatoru seçilib


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qoşulduğu Avropa Birliyinin Erasmus+KA2 İTACA - “Azərbaycanda ekoloji fövqəladə vəziyyəti qarşılamaq üçün 3-cü dövr təkmilləşdirilmiş təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı layihəsi çərçivəsində tərəfdaşların növbəti görüşü keçirilib. Görüşdə AzMİU-dan Xarici əlaqələr şöbəsinin müdiri, layihənin meneceri Fərhad Əliyev iştirak edib.       
Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə layihə çərçivəsində qurulacaq laboratoriyaya avadanlıqların alınması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin koordinatoru olan İtaliyanın Sapienza Universitetinin qərarı ilə AzMİU-nun layihənin regional koordinatoru seçildiyi elan olunub.

26-02-2021