Elmi Şuranın iclası keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının onlayn iclası keçirilib. İclası giriş nitqi ilə açan rektor, professor Gülçöhrə Məmmədova Şura üzvlərini gündəlikdə duran məsələlər barədə məlumatlandırıb. Gündəlikdə duran məsələlərin hesabatına keçməzdən əvvəl rektor 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, bu müharibədə AzMİU-nun şəhid və qazi tələbə-məzunlarlndan, onların qəhrəmanlığından danışlb. Həmin gənclərin ailələrinə və özlərinə xüsusi diqqət və qayğının göstərilməsini xüsusi vurğulayan rektor fakültə dekanlarına, ictimai təşkilatların nümayəndələrinə tapşırıqlar verib.
G.Məmmədova gündəlikdə duran ilk məsələ-rektorluğun hesabatını təqdim edib. 2020-ci ildə rektorluğun fəaliyyəti barədə geniş hesabat verən rektor görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb, qarşıdakı hədəflərə çatmaq üçün aparılacaq fəaliyyətlərə toxunub.
Rektorun geniş və əhatəli hesabatından sonra unuversitetin baş mühasibi Sarı Yusubovun AzMİU-nun 2020- ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı dinlənilib. Hər iki hesabatla bağlı müzakirələr aparılıb, maraqlı təkliflər və tövsiyələr səsləndirilib.
Sonda Elmi Şura üzvləri gündəlikdə duran cari məsələləri müzakirə edib, müvafiq qərarlar qəbul edilib.