“Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə əlaqələndirici şəxslərin onlayn görüşü keçirilib
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə “Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri ilə onlayn görüş keçirilib. Tədbirdə universitetimizi AzMİU-nun milli əlaqələndirici şəxsi vəzifəsini icra edən Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev təmsil edib.
Görüşdə 2018-2020-ci illər ərzində MƏŞŞ-in fəaliyyəti, “Horizon-2020” çərçivəsində məlumatlandırma istiqamətində həyata keçirilən tədbirlər, problemlər və gələcək proqramlar müzakirə edilib. Eyni zamanda şəbəkənin üzvləri, eləcə də Fərhad Əliyev məsul olduqları istiqamətlər üzrə həyata keçirilmiş tədbirlərə dair hesabat təqdim edib, qarşılaşdıqları problemləri diqqətə çatdırıb və gələcəkdə daha səmərəli fəaliyyət üçün təkliflərini səsləndiriblər. http://science.gov.az/news/open/16087