Tələbələrimiz startap yarışmasında fəal iştirak edirlər


         British Council tərəfindən həyata keçirilən Creative Spark layihəsi çərçivəsində ölkə üzrə Böyük İdeya yarışmasına start verilib.  Yarışma tələbələrin startap ideyalarının dəstəklənməsi və inkişaf etdirilməsi məqsədini daşıyır. Tələbələrin ideyalarının inkişafı üçün onlara 3000 pound (7079.57 AZN) mükafat, həmçinin Britaniyalı mütəxəssislər tərəfindən mentorluq təqdim olunacaqdır. Layihələr 4 kateqoriyada qəbul oluna bilər. Bunlara daxildir: Kreativ; Texniki; Sosial və İqlim dəyişikliyi.

          Layihə çərçivəsində əvvəlki illərdə universitetdaxili startap müsabiqələr keçirilmiş, daha sonra 5 komanda müxtəlif kateqoriyalarda mükafatlar qazanmışdır. AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Sevən Məhəmmədpur 2019-cu ildə British Council–Böyük İdeya startap yarışmasının Azərbaycan üzrə çempionu olmuşdur. 2020-ci ildə isə Tikinti-iqtisad fakültəsinin tələbəsi Solmaz Fətullayeva Böyük İdeya startap yarışmasında ölkə üzrə səsvermədə  1-ci yeri tutmuşdur.  

          Tələbələr layihələrini təqdim etmək üçün universitet nəzdində yerləşən İnnovativ Biznes İnkubator Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 

 

 

 

18-02-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]