Layihələrin idarə edilməsi üzrə mütəxəssis hazırlığında AzMİU-nun təcrübəsi yüksək qiymətləndirilib         


                

          Layihələrin İdarə Edilməsi Assosiasiyası (AzPMA), bp və onun tərəfdaşları tərəfindən birgə həyata keçirilən  “Ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə potensialın gücləndirilməsi” layihəsinin təntənəli yekun mərasimi keçirilib.  ZOOM vasitəsilə keçirilən mərasimdə Təhsil Nazirliyinin, bp və onun tərəfdaşlarının məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları, layihə iştirakçıları və KİV nümayəndələri iştirak edib.

          Layihələrin İdarə Edilməsi Assosiasiyasnın prezidenti İqbal Babayev layihə barədə danışarkən qeyd edib ki, BP və onun tərəfdaşlarının da dəstək verdiyi layihənin məqsədi ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə mütəxəssislərin hazırlanması və tədris metodik bazasının yaradılmasıdır. “ Bu ali təhsil müəssisələrinin hər birində 3 nəfər layihələrin idarə olunması üzrə mütəxəssis hazırlanıb. Bu mütəxəssislər üçün 20 saat beynəlxalq dərəcəli ekspertlər tərəfindən kurslar keçirilib və həmin şəxslər Beynəlxalq Layihənin İdarə Edilməsi Assosiasiyası tərəfindən sertifikatlaşdıraraq beynəlxalq dərəcəli layihə meneceri statusu alıblar. Bu sertifikatlar dünyanın 72 ölkəsi tərəfindən tanınır və Vahid Beynəlxalq Reyestrdə qeydiyyatdan keçib”. O qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşəbbüsü ilə dərslik hazırlanıb və Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq olunub (dərsliyin müəllifi postsovet məkanında layihəyələrin idarə olunması üzrə ilk elmlər doktoru, Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Layihələrin İdarə Edilməsi kafedrasının professoru İqbal Babayevdir). Kitab ali məktəb tələbələri, magistr, aspirant və elmi-pedoqoji fəaliyyətlə məşğul olan əməkdaşlar, eyni. Çıxışının sonunda İ.Babayev onu da vurğulayıb ki, faktiki olaraq, bp və onun tərəfdaşlarının birbaşa dəstəyi ilə ali təhsil sistemində  layihə menecmenti üzrə müasir standartlarla silahlanmış böyük bir qrup formalaşıb və bu mütəxəssislərin fəaliyyətinin sinergetik effektini yaxın illərdə görə biləcəyik.

          Digər çıxışlarda da AzMİU-nun bu istiqamətdə apardığı fəaliyyət yüksək qiymətləndirilib, universitetin təşəbbüsü və daxili imkanları hesabına layihə menecmenti üzrə magistr pilləsində mütəxəssis hazırlığına başlanması və ən yüksək bal toplayan tələbələrin bu ixtisasda təhsil almaları xüsusi vurğulanıb.      Məlumat üçün qeyd edək ki, AzMİU-da 2019/2020-ci ildə dünyanın qabaqcıl ali təhsil məktəblərinin proqramlarına uyğun olan “Layihələrin idarə edilməsi” üzrə magistr proqramı təşkil olunub. 2019/2020-ci ilin qəbul planında bu ixtisasa 10 yer, 2020/2021-ci illin qəbul planında 12 yer Azərbaycan bölməsinə, 5 yer ingils bölməsinə ayırılıb. Hər iki tədris ilində qəbulun nəticəsi 100% olub, hazırda bu ixtisasda 27 tələbə təhsil alır. Bu ixtisaslaşmaya İnşaat mühədisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Sənayenin təşkili və idarə edilməsi ixtisaslarının məzunları sənəd verə bilirlər.

          İxtasas üzrə kadr hazırlığına universitetin əməkdaşları ilə birgə kənardan mütəxəssislər də dəvət olunub. Kənardan dəvət olunmuş mütəxəssislərin əsas hissəsini  Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının təlimçiləri  təşkil edir. Artıq bu ildən “Layihələrin idarə edilməsi” ixtisaslaşması üçün ayrıca İxtisaslaşdırılmış Elmi Şuranın yaradılması da nəzərdə tutulub.

 

 

17-02-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]