AzMİU-nun əməkdaşları tərəfdaş olduğumuz beynəlxalq layihənin ilk konfransına qatılıblar
Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ KA2 -WORK4CE- “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompetensiyalar” layihəsində iştirak etmək hüququ qazanan tərəfdaşlar arasında tanışlıq məqsədi ilə ilk videokonfrans dünən keçirilib. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və başqaları təmsil edib.
Konfransda tərəfdaş universitet və təşkilatlar öz müəssisələrini prezentasiya ilə təqdim edib, gələcəkdə bu layihə çərçivəsində görüləcək işlər barəsində müzakirələr aparılıb. Universitetin Beynəxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov məruzə ilə çıxış edib. Məlumat üçün qeyd edək ki, Ukraynanın Zaporojye Politexnik Milli Unuversitetinin koordinatorluğu ilə 2020-2023 -cü illəri əhatə edəcək bu layihə gənclərin məzun olduqdan sonra gələcək iş yerlərinə hazır olması üçün tədris mənbələrindən faydalı istifadənin stimullaşdırılmasını hədəfləyir.