Enactus komandası yeni layihələr üzərində çalışır
Enactus AzMİU komandasının bu gün iclası keçirilib. Görüş Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov və komanda üzvlərinin iştirakı ilə onlayn formatda baş tutub. Görüş zamanı yeni layihələr haqqında müzakirələr aparılıb, fəaliyyət planı təsdiqlənib. Onu da qeyd edək ki, komandanın yeni fəaliyyət planına əsasən, pandemiya zamanı təqdim olunacaq layihələr birbaşa cəmiyyətin müsbət təsirinə köklənib. Komanda üzvləri universiteti layiqincə təmsil etmək üçün bu akademik ildə böyük həvəslə çalışır.
02-02-2021