Alimlərimiz Avropa Birliyinin beynəlxalq layihəsi üzrə müzakirələrdə iştirak edib


    Avropa Birliyinin “Azərbaycanda ekoloji fövqəladə vəziyyəti qarşılamaq üçün 3-cü dövr təkmilləşdirilmiş təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı layihəsi çərçivəsində tərəfdaşların növbəti görüşü keçirilib.    

    ZOOM platformasında keçirilən görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev və kafedranın əməkdaşı Seynurə İbrahimova iştirak edib. Görüşdə layihə ilə bağlı maliyyə və büdcə məsələləri, tədqiqat mövzuları, tədqiqat mövzusuna problemlərlə əlaqəli qısa giriş, iş planı, gözlənilən nəticələr, avadanlıq məsələləri və s. müzakirə edilib.

    Məlumat üçün qeyd edək ki, İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu, bir sıra yerli və xarici universitetlərin tərəfdaşlığı ilə gerçəkləşən ITACA layihəsi 2019-cu ildən start götürüb.  Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilatasiyası ilə məşğul olan yeni nəsil  3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması təhsilinin təşkilinə həsr edilib.

 

29-01-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]