AzMİU-da “English Club” dərsləri başlayır

   Azərbaycan Memarlıq və İnşaat Universitetində British Council tərəfindən təşkil olunan “English Club” professional ingilis dili dərslərinə fevral ayından etibarən onlayn formada start veriləcək.

   Qeyd edək ki, onlayn  dərslər tələbələr üçün ödənişsiz həyata keçirilir. Dərslərdə iştirak üçün 100-dən artıq tələbə qeydiyyatdan keçmiş və onlar xüsusi onlayn paltformada ingilis dili səviyyəsinin müəyyənləşdirilməsi üçün imtahan olunublar.  İmtahan zamanı A2 səviyyədə olan tələbələr arasından 25 nəfəri seçilib, onlar tezliklə dərslərə başlayacaqlar.

   Tələbələr 6 ay davam edəcək kurs zamanı ingilis dilinin iş həyatında, sahibkarlıq fəaliyyətində düzgün tətbiqi, həmçinin ingilis dilində təqdimat bacarıqlarının inkişaf etdirilməsi biliklərinə yiyələnəcəklər.

    Kursun sonunda müvəffəqiyyətli olan tələblər British Council tərəfindən imzalanan xüsusi sertifikat əldə edəcəklər.

    Qeyd edək ki, "English Club" kursları AzMİU-da 2019-2020-ci dərs ilində də uğurla tətbiq edilmiş və 20 nəfər tələbə sertifikatla təmin olunub.  Dərslər ötən il də olduğu kimi İngiltərənin Leicester Universiteti məzunu,  əməkdaşımız Türkan Əliyeva tərəfindən onlayn  aparılacaq.

 

 

27-01-2021