Əcnəbi tələbələrin qəbulu davam edir


    Bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilib. Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Hər bir ölkənin ali təhsil müəssisələri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdırlar.

    Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi ali təhsil müəssisələri arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti birinci sıradadır. 2020-21-ci tədris ilində ümumilikdə 67 əcnəbi vətəndaş AzMİU-nu seçib. Onlar universitetə ödənişli əsaslarla qəbul olublar.

    Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığından aldığımız məlumata görə, AzMİU-nu seçən tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, İran  və  Pakistan vətəndaşlarıdır. Qəbul olan 67 nəfərdən 1-i doktoranturaya daxil olub. Tədris ilinin ilk semestrini başa vuran Hazırlıq fakültəsinin tələbələri artıq onlayn şəkildə imtahanlarını da veriblər.

    Onu da qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu  prosesi hələ davam edir, mövcud şəraitlə əlaqədar olaraq onlar onlayn şəkildə dekanlığa müraciət edirlər.

 

 

27-01-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]