AzMİU-da Qış imtahan sessiyası davam edir

    Yanvarın 2-ci həftəsindən etibarən start götürən imtahan sessiyası Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) uğurla davam edir.
    26 yanvar 2021-ci il tarixinə olan imtahan cədvəlinə əsasən bu gün üçün 80 qrup üzrə  1916  nəfər imtahan verəcək.

    Tələbələr üçün Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Binaların sanitar texniki avadanlıqları, Makro iqtisadiyyat, İnsan resurslarının idarə edilməsi, Binaların sanitar texniki avadanlıqları, Ali riyaziyyat-1, Xətti cəbr və analitik həndəsə, Azərbaycan dili və nitq mədəniyyəti, İşgüzar yazışmalar, Tikintinin iqtisadiyyatı, Marketinqin idarə edilməsi, Layihə menecmenti, Multikulturalizmə giriş, Materiallar müqaviməti-2, Ekoloji ekspertiza və layihələndirmənin əsasları, Multikulturalizmə giriş, İstehsalın iqtisadiyyatı və menecmenti, Qeyri-neft qaz sənayesinin iqtisadiyyatı, Məsafədən zondlama, Metrologiya, standartlaşdırma və sertifikasiya, Memarlıq və şəhərsalma regionikası, Ekonometrika, Tərsimi həndəsə və texniki rəsm, Şəhərsalma iqtisadiyyatı, Rekonstruksiya, Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri, Ali riyaziyyat-3, Ekoloji ekspertiza və layihələndirmənin əsasları, Neft-qaz qurğularında texnoloji proseslərin modelləşdirilməsi, Avtomatlaşdırmanın əsasları fənlərindən imtahan təşkil olunub.

   “Zoom" platforması üzərindən onlayn qaydada keçirilən test və yazılı  imtahanlara hər qrup üzrə test imtahanına 50 dəqiqə, yazılı imtahana 90 dəqiqə  vaxt  ayrılıb.
    Universitet rəhbərliyi tərəfindən imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.

26-01-2021