“20 yanvar- şəhidlik zirvəsi” mövzusunda onlayn konfrans


      Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının nümayəndələri Gənclər və İdman Nazirliyi tərəfindən 20 yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş “20 yanvar-Şəhidlik zirvəsi” mövzusunda onlayn konfransda iştirak edib.   Konfransda nazir müavini İntiqam Babayev, millət vəkilləri, yerli gənclər və İdman idarələrinin rəisləri, Gənclər evləri və təşkilatların nümayəndələri, qazilər, tələbələr, fəal gənclər olmaqla, ümumilikdə 500 nəfər qatılıb.

      Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

      AzMİU TGT-dən 50 fəal tələbənin iştirak etdiyi konfransda  Nazir müavini İntiqam Babayev tədbirin məqsədi və əhəmiyyətindən, tarixi faktlardan, gənclərin vətənpərvərlik tərbiyəsindən, Ulu Öndər Heydər Əliyevin hadisələrə siyasi-hüquqi qiymət verməsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsindəki qələbədə gənclərin qəhrəmanlığından, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan, onların sosial müdafiəsi sahəsində həyata keçirilən siyasətdən və qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıb.  Daha sonra Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin  sektor müdiri İrfan Davudov çıxış edərək, 20 yanvar hadisələrinin gənclərin vətəndaşlıq tərbiyəsindəki rolunu və bu sahədə fəaliyyət göstərən təşkilatların qarşıdakı dövr ərzində əsas vəzifələrini, tarixi hadisələrin mahiyyətini olduğu kimi gənclər arasında təbliğ edilməsi vacibliyini qeyd edib. Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov çıxış edərək 31 il əvvəl  imperiya qüvvələrinin amansızcasına xalqımıza qarşı törətdiyi faciənin səbəb və nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacibliyini, xüsusilə də gənclərin dövlətçilik və azərbaycançılıq ideyalarına, milli-mənəvi dəyərlərimizə sadiqliyini söyləyib. Naxçıvan Muxtar Respublikası Gənclər və idman nazirinin müavini Mirməcid Seyidov isə çıxış edərək Naxçıvan Muxtar Respublikasında şəhidlərin əziz xatirəsinin uca tutulması, anılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini bildirib, gənclərin tarixi prosesləri dərindən öyrənmələri üçün məqsədyönlü iş aparldığını vurğulayıb.

       Daha sonra çıxış edənlər - Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Qarabağ qazisi, ehtiyatda olan zabit, kapitan Anar Məmmədov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şürasının sədri Azər Əliyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli öz çıxışlarında 31 il əvvəl xalqımıza qarşı törədilmiş faciəni, qanlı cinayət əməllərini qətiyyətlə pislədilər və qeyd edildi ki, 20 yanvar hadisələrində azadlıq uğrunda, canlarından keçərək Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

 

 

20-01-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]