“Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm” - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş Şuşa şəhərinə səfərlə bağlı paylaşım edib.

Paylaşımda deyilir.

    "Əziz qardaşlar və bacılar!

     Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.

     Dərin hörmət və sevgilərlə,

     Sizin MEHRİBAN".

15-01-2021