AzMİU-da onlayn imtahan sessiyası öz işinə başlayıb



      Yanvarın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası  öz işinə başlayıb. 
      Koronavirus (COVID-19) infeksiyasının yaratdığı mövcud vəziyyətə əsasən  sessiya onlayn  rejimdə test və yazılı üsulla keçirilir.  İmtahanlara Universitetin gənc admistrativ heyəti arasından seçilən,   İKT Mərkəzində xüsusi təlim keçmiş 80-ə yaxın proktor nəzarət edir. 
      Məlumat üçün qeyd edək ki, bugünkü imtahanlarda ümumilikdə 94 qrup üzrə 2181 tələbə iştirak edəcək. İmtahanlar artıq  09:00-dan start götürüb. Tələbələr  Xarici dil, Azərbaycan dili və nitq mədəniyyəti, Fizika, Kimya, Rəqəmsal sistemlər, Metrologiya, standartlaşdırma və sertifikasiya, Mühəndis geodeziyası, Materialşünaslıq, Hidravlika, Nəzəri mexanika, Vergilər və vergitutma, Ağac konstruksiyaları, Nəzəri mexanika, Elektrik işıqlandırmanın əsasları, 
Şəhər nəqliyyat sistemləri, Kartoqrafiya, Meliorasiya, Rekultivasiya işlərinin ekoloji əsasları, Stoxastik proseslərin analizi texnologiyaları,  Şəhərsalma hüququ və menecment, Avtomobil yollarının istismarı, Avtomatlaşdırmanın əsasları fənlərindən imtahan verəcəklər. Sonuncu qrupların imtahanı  isə 16:00-da başlayacaq.  İmtahan cədvəlinə əsasən, bu gün Memarlıq, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Nəqliyyat, İnşaat-texnologiya, Mexanika informasiya texnologiyaları fakültələrinin tələbələri öz biliklərini yoxlayacaq. 
      Qeyd edək ki, fevralın 15-dək davam edəcək imtahan sessiyasında şəffaflığın təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

11-01-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]