AzMİU TGT sədri ATGTİ-nin sədr müavini seçilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı(TGT) sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini vəzifəsinə təyin edilib.
Ölkəmizin ən böyük tələbə platforması olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 5-ci Hesabat-Seçki Konfransı keçirilib.
Hesabat-Seçki Konfransı zamanı Sədr, İdarə Heyəti və Katiblik tərəfindən son 2 il ərzində görülmüş işlər haqqında hesabat təqdim olunub, eləcə də İttifaqa 2020-2022-ci illər üçün Sədr, Sədr müavini və İdarə heyəti üzvlüyünə keçirilmiş seçkilərin nəticələri elan edilib.
Seçkilərin nəticələrinə əsasən Slavyan Universitetinin tələbəsi Pərviz Mirələmli İttifaqın yeni sədri, AzMİU Tələbə Gənclər Təşkilatı sədri Ülkər Həsənova isə İttifaqın sədr müavini vəzifəsinə seçilib.
Çıxışçılar ATGTİ-nin gələcək fəaliyyətinə uğurlar arzu edərək, bu fəaliyyətə dəstək göstərməyə hazırlıqlarını ifadə etmiş və fəaliyyətin daha da gücləndirilməsi üçün öz tövsiyələrini ATGTİ-nin diqqətinə çatdırıb.
Qeyd edək ki, Zoom onlayn platforması üzərindən keçirilən görüşə 800-dək tələbə qatılıb, təqribən bir o qədər şəxs də konfransı Facebook üzərindən canlı izlənib. Bununla, ATGTİ tarixinin ən kütləvi Hesabat-Seçki Konfransını keçirmiş oldu.