24 dekabr Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür


       Hörmətli cənab Prezident, Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan!
       Doğum gününüz münasibətilə Sizi təbrik edirik. Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, ölkənin rifahı naminə fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
       Sizin builki ad gününüz Azərbaycan üçün önəmli tarixi hadisələrlə və nailiyyətlərlə əlamətdardır. Dövlət, xalq və müzəffər ordu birliyinin parlaq, əsrarəngiz nailiyyəti olan Qələbə sevinci ilə yaşadığımız bu anlar bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdir.  
       Sizin 15 iyul 2020-ci il tarixindəki xalqa müraciətinizdən dərhal sonra on minlərlə gənc Vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazıldı. Onlar arasında  Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da yer aldı.  Bütün gənclərimiz kimi tələbələrimizdə öz dövləti və liderinin ətrafında sıx birləşdi. Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəmədi.  Vətən Müharibəsi bir daha göstərdi ki, gənclər dövlətimizin, xalqımızın milli maraqlarını layiqincə qoruya bildi. Azərbaycan xalqı, gəncliyimiz  Sizinlə qürur duyur. Fəxrlə deyə bilərik ki, Siz hər bir gənc üçün örnəksiniz. 
       27 il mənfur düşmən işğalında olan torpaqlarımızın 44 gündə azad olunması Ali Baş Komandan kimi Sizin qətiyyətinizin və şücaətinizin nəticəsidir. Sizin sayənizdə əzəli Azərbaycan torpaqlarında sülh və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi və biz doğma Qarabağımıza qovuşduq. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq. Bütün gələcək nəsillər Sizə minnətdar olacaq.
       İnanırıq ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimiz qısa zaman ərzində bərpa ediləcək və Qarabağda yenidən həyat canlanacaq. Məcburi köçkünlər həsrətində olduqları torpaqlarımızda tezliklə məskunlaşdırılacaq. Sizin siyasətiniz Qarabağı ölkəmizin ən inkişaf etmiş, çiçəklənən diyarına çevirəcək və bütün dünyaya xalqımızın qurmaq, yaratmaq qabiliyyətini nümayiş etdirəcək.
       Bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!

 

Ən dərin hörmət və ehtiramla,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi adından 
rektor, Əməkdar memar, professor 
Gülçöhrə Məmmədova.

24-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]