Nəqliyyat fakültəsində tədrisin mövcud vəziyyəti müzakirə olunub 



          Dekabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində professor-müəllim heyəti ilə onlayn görüş keçirilib. 
          Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə tərəfindən aparılan görüş zamanı tədrisdə mövcud vəziyyətlə əlaqədar yaranan problemlər diqqətə çatdırılıb və bu problemlərin həlli yolları ətraflı müzakirə olunub. Qarşıdan gələn imtahan sessiyasına hazırlıq və görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb.

19-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]