AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü seçilib


    Dekabrın 17-də  dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin onlayn Şura iclasında  Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova Akademiyanın  həqiqi üzvü seçilib.

    AzMİU-nun  professor-müəllim  və tələbə heyəti  adından Universitetimizin rektoru, görkəmli alim, Əməkdar memar Gülçöhrə Məmmədovanı Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü seçilməsi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

18-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]