Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin onlayn Şura iclası keçirilib


          Dekabr  17-də  Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Şurasının növbəti onlayn iclası keçirilib.

          İclasda BMAM üzvlüyünə namizədlərin (professorlar, müxbir üzvlər, həqiqi üzvlər) seçilməsi məsələsi müzakirə olunub. BMAM-ın Akademik Mərkəzləri rəhbərlərinin görülmüş işlər barədə hesabatları dinlənilib. BMAM-ın bölmə üzvlərinin 11-13 noyabr 2020-ci il tarixində Moskvada keçirilən "Zodcestvo" Beynəlxalq festivalında iştirakının nəticələri açıqlanıb. 2021-ci il - MDB-də Memarlıq və şəhərsalma ilinə həsr olunmuş tədbirlərdə BMAM-ın iştirakına dair təkliflərə baxılıb.

          İclas zamanı BMAM-ın Bakı Akademik Mərkəzinin rəhbəri, akademik Elbay Qasımzadə BAM tərəfindən görülmüş işlər üzrə hesabatla çıxış etdi və iclas iştirakçılkarını 2021-ci il üçün nəzərdə tutulan tədbirlər planı haqda, eləcə də Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi haqda məlumatlandırıb.

          BAM-dan Akademiyaya üzv olmaq üçün 5 namizəd təklif edilib və səsvermənin nəticələrinə görə Gülçöhrə Məmmədova BMAM-ın həqiqi üzvü, Nərgiz Abdullayeva və İlqar İsbatov müxbir üzvləri, Rahibə Əliyeva və Fəxrəddin Miralayev BMAM-ın professorları seçilib.

          Biz həmkarlarımızı təbrik edir və onlara gələcək yaradıcılıq uğurları arzulayırıq.

18-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]