Şəhadətə Yüksələn Tələbələrimiz
Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları, xalqımızın 30 illik Qarabağ həsrəti Böyük Qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında düşmənin dərsini verməklə yanaşı, dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Xalq-iqtidar birliyi bu tarixi qələbənin əsas özüllərindən biri oldu. Siyasət meydanında Ali Baş Komandan, ön cəbhədə rəşadətli ordumuz, mərd və qorxmaz xalqımızın inamı işğalçı dövlətin məğlubiyyətini boynuna almağa məcbur etdi.
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, düşmənin sinəsinə çalın-çarpaz dağ çəkdi, düşməni tamamilə diz çökdürdü. Vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdi. Bu Qurtuluş savaşında qəhrəmancasına şəhid olanlar, qazi adı qazananlar da oldu.
Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Vətən müharibəsində şəhid olan, öz şəhidlikləri ilə bizə qələbə bəxş edən 2855 zəfər şəhidi içində Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də nəzdindəki İnşaat Kollecinin məzun tələbələri də xüsusi ilə seçildi. Qorxubilməz və ölümün gözünə dik baxan 24 məzunumuz əməlləri ilə hər kəsin başını uca etdi, qəhrəmanlıqları ölkəyə yayıldı. Canından artıq sevdikləri Vətən uğrunda, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldılar. Onları tanımaq hər birimizin borcudur.
AzMİU kollektivi olaraq biz də canını torpaqlarımız uğrunda fəda edən mərd və cəsur Azərbaycan oğullarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Şəhid məzunlarımızı tanıyaq!
AĞAYEV RAMİL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 162a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
DÖVLƏTOV ZAUR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 203R qrup məzunu. O, 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb, Vətən uğrunda gedən döyüşlər zamanı ən uca məqam olan şəhidlik zirvəsinə yüksəlib.
KƏRİMLİ İSMAYIL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 325r qrup məzunu. O, 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb, Vətən uğrunda gedən döyüşlər zamanı ən uca məqam olan şəhidlik zirvəsinə yüksəlib.
XƏLİLİ SAMİR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təssərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 304a4 qrup məzunu. 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Samir Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ən uca məqam olan şəhidlik zirvəsinə yüksəlib.
ZEYNALOV NURLAN
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 357a1 qrup məzunu. 2-ci Qarabağ müharibəsi zamanı Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə sona qədər iştirak edib. O, 09.11.2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Nurlan Leytenant olub, döyüş zamanı ona Kapitan ali hərbi rütbəsi verilib.
HEYDƏROV RAFİQ
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin 482a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
MƏMMƏDZADƏ KƏMALƏDDİN
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin 477a2 qrup tələbəsi olub.
Kəmaləddin müəyyən səbəbdən təhsilini donduraraq hərbi xidmətə yollanıb. O, 2-ci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
ƏLİZADƏ ELTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin 484a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
ƏHƏDZADƏ ELSƏVƏR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiya fakültəsinin 652a1 qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
İbadov Rauf
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin 673a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsi zamanı döyüşə könüllü olaraq qatılıb. Rauf Laçın uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
CƏFƏROV OSMAN
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin 746a3 qrup məzunu. O, 2-ci Qarabağ müharibəsi zamanı 06-07.11.2020-ci il tarixində Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
FƏTƏLİYEV SƏMURAL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin 744a4 qrup məzunu.
O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
HƏSƏNOV KƏNAN
Azərbaycan Memarlıq və İnşaat Universitetinin MİT fakültəsinin 884a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
ŞİRİNZADƏ ELNUR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin bu il 1-ci kursuna qəbul olub, lakin tələbə kimi əmri verilmədən hərbi xidmətə yollanıb. O, 2-ci Qarabağ müharibəsi zamanı Vətən uğrunda gedən döyüşlərdə ən uca zirvə olan şəhidlik zirvəsinə yüksəlib.
QƏDİROV EMİN
Azərbaycan Memarlıq və İnşaat Universitetinin MİT fakültəsinin 893a qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
MAİLOV RAFAEL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin MİT fakültəsinin (o vaxt MAF) 841r qrup məzunu. O, 2-ci Qarabağ müharibəsində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
ÖMƏROV QOŞQAR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin M846a qrup İnformasiya texnologiyaları ixtisasının magistr məzunu. O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
ƏHMƏDOV CAVANŞİR
Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu. O, Hadrut uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn igidlərimizdən olub.
HƏSƏNOV XƏYAL
Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin tələbəsi. O, 2-ci Qarabağ müharibəsində Cəbrayıl-Füzuli uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib.
ZAİRLİ ZAHİD
Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin məzunu. O, 2-ci Qarabağ müharibəsində Murov döyüşləri zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
MƏMMƏDOV NAHİD
Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecininməzunu. O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Sultanzadə Niyaməddin
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi olub. O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Bekirli Azad
AzMİU-nun MİT fakültəsinin məzunu olub. O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhadətə yüksəlib. 65 günlük axtarışdan sonra nəşi ailəsinə təhfil verilib.
Həsənli Elçin
2019-cu ildə AzMİU-nun doktoranturasına qəbul olub. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayımlanıb. O, 2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Şəhidlərimizin hər biri haqqında ətraflı məlumat yerləşdiriləcək.