AzMİU kollektivi yaralı əsgər və zabitlərimiz üçün qan verib
Dekabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunda universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankından ezam olunan xüsusi hərbi tibb briqadası tərəfindən aparılıb. Aksiyaya qoşulan universitet nümayəndələri Vətən müharibəsində misilsiz xidmətləri ilə seçilən yaralı əsgər və zabitlərimiz üçün qan verib.
Donorlar hərbçilərimiz üçün könüllü qan verməni özlərinə mənəvi borc bildiklərini, aksiyada yaxından iştirak etməklə hər an Vətənin keşiyində dayanan igidlərimizin yanında olduqlarını söyləyiblər.
10-12-2020