AzMİU Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə birgə onlayn beynəlxalq layihələr həftəsi keçirib
Portuqaliyanın Leiria Politexnik İnstitutu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə onlayn beynəlxalq layihələr həftəsi keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan görüşə universitetimizdən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov və müxtəlif xarici universitetlərin Beynəlxalq şöbələrinin əməkdaşları qatılıb. Pandemiya dövründə onlayn yeni layihələrin təqdim olunması, partnyor universitetlər ilə əməkdaşlıqların müzakirəsi və müxtəlif növ təlimlərin keçirilməsindən ibarət olub. Beynəlxalq layihələr həftəsinin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
05-12-2020