Karyera istiqamətli silsilə təlimlər öz uğurlu nəticəsini verib


          Dekabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera şöbəsi tərəfindən tələbə və məzunlar üçün növbəti onlayn konsultasiya keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan onlayn konsultasiya şöbənin müdiri Xanlar Qəniyev və karyera üzrə mütəxəssis Afaq Sadiqova tərəfindən aparılıb.

          Görüşün məqsədinə toxunan X.Qəniyev ötən ay ərzində şöbə tərəfindən təşkil olunan karyera istiqamətli silsilə görüşlərin öz uğurlu nəticəsini artıq verdiyini söyləyib. 50 tələbənin ixtisaslarına uyğun vakansiyalara müraciət etdiyini, onlardan 6 tələbənin işlə təmin olunduğunu, digərlərinin isə müsahibələrə dəvət aldığını bildirib. Şöbənin mütəxəssislərinin tələbələrə ilkin karyera istiqamətində dəstək göstərməyə hər zaman hazır olduğunu nəzərə çatdırıb.

          Konsultasiyada həmçinin, tələbə və məzunlara iş axtarışının səmərəli aparılması, CV-lərin düzgün tərtib edilməsi və CV sahiblərinin ən çox yol verdiyi səhvlər, iş elanlarının yer aldığı saytlar barədə məlumat verilib. Yuxarıda qeyd olunan məsələlər ətrafında birgə müzakirələr aparılıb. Eyni zamanda, CV hazırlanması zamanı onlayn resurslardan istifadə barədə video izahat – nümayiş olunub.

          Məlumat üçün qeyd edək ki, bu tip konsultasiyalar həftədə 2 dəfə olmaqla keçirilir və tədris ilinin sonunadək  davam edəcək. Tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət verəcək və qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olacaq.

 

03-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]