AzMİU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzində Bootcamp keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubasiya Mərkəzində Bootcamp keçirilib. "Entrepreneurship-Real Business Cases" mövzuda olan bootcamp 2-4 dekabr tarixlərində aparılacaq. Bootcamp-ın ilk görüşü 82 nəfər qoşulma ilə uğurla həyata keçirilib. Təlimin ilk günündə İnnovativ Sahibkarlıq, Startup haqqında və bununla paralel real biznes təcrübələrdən bəhs olunub.
Növbəti günlərdə təqdimatçılar AzMİU-nun Strateji Planlaşdırma üzrə prorektoru Ülkər Səttarova və London South Bank Universitetinin İnnovasiyalar şöbəsinin əməkdaşı Adrian Tindall olacaq.
02-12-2020