AzMİU-da “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastukturunun müasir texnologiyalar əsasında yenidən qurulma məsələləri” mövzusunda Respublika elmi – praktik konfransı keçiriləcək
10 – 11 mart 2021–ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azəriqaz İB, “Azəristiliktəchizat” ASC və AR Memarlıq və İnşaat Elminin İnkişafına Yardım Xeyriyyə Fondunun birlikdə təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastukturunun müasir texnologiyalar əsasında yenidən qurulma məsələləri” mövzusunda
Respublika elmi – praktik konfransı keçiriləcək
Konfransın bölmələri:
1. İşğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələri.
2. Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması və yenidən qurulması.
3. Mühəndis kommunikasiya sistemlərinin həlli yolları.
4. Su təsərrüfatı və meliorasiya sistemlərinin bərpası.
5. Yol infrastrukturunun yenidən qurulması.
6. Müasir telekommunikasiya sistemləri, onların bərpası və yenidən qurulması.
7. Ərazinin ekoloji problemləri və onların həlli yolları.
8. Ərazinin bərpasında iqtisadi və texnoloji məsələlər.
Təqdim olunan məqalələr toplu halında çap ediləcək (ödənişsiz).
Məqalələr 3-5 səhifə həcmində 1,5 intervalda 14 şriftlə A4 formatda bir nüsxədə və disklə (Word 2007-10, Times New Roman formatlı) – soldan 3 sm, sağdan 1,5 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2 sm olmaq şərti ilə təqdim olunmalıdır (məqalələr elektron ünvana da göndərilə bilər).
Müəlliflərin adı, soyadı, elmi dərəcəsi və iş yeri məqalələrin başlığının altında yazılmalıdır. Azərbaycan dilində olan məqalələrə rus və ingilis dillərində, rus dilində olan məqalələrə azərbaycan və ingilis dillərində xülasə yazılmalıdır.
Məqalələrdə yenilik, konstruktivlik və konkretlik olmalıdır.
Konfransa təqdim olunmuş məqalələrin aktuallığına və elmi səviyyəsinə xüsusi diqqət yetirilməlidir.
Təqdim olunmuş məqalələr antiplagiat proqramında yoxlanılacaq (orijinallıq 80%-dən az olmamalıdır).
Məqalələr II korpus 4-cü mərtəbə 405 №-li otaqda qəbul olunur.
E-mail: [email protected]
Məqalələrin son təqdim olunma tarixi 01 mart 2021-ci il.
Əlaqə telefonları: (012) 539-20-55
(012) 539-06-19
TƏŞKİLAT KOMİTƏSİ